Axtar
az|рус|eng
Media
03.06.2019

Vergilər Nazirliyi uşaqlar üçün tədbirlər keçirib

Vergilər Nazirliyinin təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə internat məktəblərində təhsil alan və valideyn himayəsindən məhrum olmuş  şagirdlər üçün tədbirlər keçirilib. Tədbirlər çərçivəsində “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna və “Binə Atçılıq Mərkəzi”nə ekskursiya təşkil olunub.

Bakının bir neçə internat məktəbinin şagirdləri “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olublar və onlara buradakı eksponatlar barədə məlumat verilib. Məktəblilər “Atəşgah məbədi”nin tarixi, Azərbaycanda qədim dini etiqadlar, tarix boyu dünya şöhrətli insanların məbəddə olan möcüzəvi alovla bağlı qeydləri haqqında faydalı biliklər əldə ediblər. Daha sonra “Binə Atçılıq Mərkəzi”nə gəzinti təşkil olunub. Məktəblilər burada şən və yaddaqalan vaxt keçiriblər, şam yeməyində iştirak ediblər. Eyni zamanda, uşaqlar Vergilər Nazirliyi tərəfindən populyar müğənni Miri Yusifin konsertinə dəvət alıblar.

Vergilər Nazirliyi tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə keçirilmiş tədbirlər çərçivəsində internat məktəbinə sosial dəstək göstərilib.

Vergilər Nazirliyi sosial məsuliyyət strategiyası çərçivəsində ictimaiyyət nümayəndələri üçün faydalı təşəbbüslərin dəstəklənməsinə daim diqqətlə yanaşır və sosial layihələrin həyata keçirilməsində fəal tərəfdaş kimi iştirak edir. Tədbirin təşkilində məqsədlərdən biri də qayğıya daha çox ehtiyacı olan məktəblilərin cəmiyyətə inteqrasiyasına dəstək verməkdən ibarətdir.





Geri


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.